Bakıda daha 3 ərazidə hərəkət məhdudlaşdırılır

Bakıda daha 3 ərazidə hərəkət məhdudlaşdırılır Hərəkət tam və ya qismən dayandırılacaq
İnfrastruktur
4 Aprel , 2017 09:54
Bakıda daha 3 ərazidə hərəkət məhdudlaşdırılır
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün saat 11:00-dan axşam saatlarına qədər, Bakının Səbail rayonunda, Bayıl dairəsi – Bibiheybət yolunda, həmçinin paytaxtın Heydər Əliyev prospektinin Böyükşor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, buna səbəb avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsidir. 

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi