Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb Bakı. 21 iyul. REPORT.AZ/ Bu gündən etibarən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayıb.
İnfrastruktur
21 İyul , 2018 12:21
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gündən etibarən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Son xəbərlər

Orphus sistemi