Yuxarı

​Bakıda cərimə olunan avtobus sürücülərinin sayı məlum olub

Reyd zamanı ən çox dayanacaqdan kənarda saxlanılan ictimai nəqliyyat vasitələri qeydə alınıb

Bakı. 24 avuqst. REPORT.AZ/ Ötən həftə Bakıda avtobus sürücülərinə qarşı aparılan reydlərin nəticələri məlum olub. Belə ki, həftənin çərşənbə günündən bazar gününə qədər paytaxtda ümumilikdə 95 avtobus sürücüsü cərimələnib və avtomaşınlar cərimə meydançasına aparılıb. Bunu "Report"a açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Ş.Mehmanqızı deyib ki, keçən həftənin 1 və 2-ci günləri bütün sahibkarlara və sürücülərə reydlərlə bağlı xəbərdarlıq edilib: "3-cü gündən ciddi şəkildə reydlərə başlanılıb".

Ş.Mehmanqızının sözlərinə görə, cərimə olunan avtobus sürücülərindən biri sənədsiz olub, 7-8-i açıq qapı ilə idarə etdiyinə görə, qalan bütün avtobuslar isə kənar dayanacaqda sərnişin götürüb və düşürdüklərinə görə cərimələnib.

Qeyd edək ki, ümumilikdə 3-cü gün 20 avtobus, 4-cü gün 31 avtobus, 5-ci gün 26 və 6-cı gün 18 avtobus sürücüsü cərimələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi