Bakı. 5 avqust. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, eyni zamanda piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri aparılacaq.
“Report” “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinə istinadən xəbər verir ki, bununla bağlı saat 22:00-dan etibarən səhər saatlarına qədər Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissədə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Baş verə biləcək narahatlığa görə, “Azəravtoyol” vətəndaşlardan üzr istəyir, sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edir.