Yuxarı

Bakıda bir sıra istiqamətlərdə avotmobillərin sıxlığı yaranıb

Əsas sıxlıq mərkəzə doğru olan yollarda müşahidə edilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), İnşaatçılar prospekti (hər iki istiqamətdə), Rəşid Behbudov küçəsi, Nobel prospekti, Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahına doğru), habelə Neftçilər prospekti, Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Tbilisi prospektində (20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi