Bakı. 6 may. REPORT.AZ/ Bu gün səhər saatlarında paytaxt küçələrində nəqliyyat vasitələrinin nisbi sıxlığı qeyd alınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakının 20 Yanvar dairəsi - Bakı-Sumqayıt şosesi istiqamətində, Binəqədi istiqamətində, Bakıxanov-İzmir küçələri və Koroğlu Rəhimov küçəsində sıxlıq müşahidə edilir.
Həmçinin. nəqliyyat vasitələri Ceyhun Hacıbəyli-Təbriz küçələri, Xətai və Azadlıq prospektlərində tıxac yaradıb.