​Bakıda bəzi yollarda sürət həddi azaldılıb

​Bakıda bəzi yollarda sürət həddi azaldılıb Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb
İnfrastruktur
4 Dekabr , 2015 10:15
​Bakıda bəzi yollarda sürət həddi azaldılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti aşağı salınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, dünəndən etibarən sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.

Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsində Prezident iqamətgahının qarşısına kimi yollarda hərəkət sürəti aşağı salınıb.

“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb meteoroloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib. 

Son xəbərlər

Orphus sistemi