Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq - XƏBƏRDARLIQ

Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq - XƏBƏRDARLIQ Bu, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi yolunda təmir işlərinin aparılması ilə əlaqədardır
İnfrastruktur
29 İyun , 2018 04:03
Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq - XƏBƏRDARLIQ

Bakı. 29 iyun. REPORT.AZ/ “BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.

"BakuBus"un mətbuat katibi Qabil Babayevin “Report”a verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.

Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.

“BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi