Bakıda beynəlxalq daşınmaz əmlak sərgisi keçiriləcək

Bakıda beynəlxalq daşınmaz əmlak sərgisi keçiriləcək Sərgi “Global Promotion Group”un təşkilatlaçılığı ilə baş tutacaq
İnfrastruktur
25 Yanvar , 2018 11:57
Bakıda beynəlxalq daşınmaz əmlak sərgisi keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu il aprelin 6-7-də Bakıda, "Hilton" hotelində "Bakı Overseas Property Expo 2018" beynəlxalq daşınmaz əmlak sərgisi keçiriləcək.

“Report”un verdiyi xəbərə görə, sərginin ilk günündə Bakının əsas daşınmaz əmlak agentləri "dəyirmi masa" ətrafında Azərbaycanda xarici daşınmaz əmlak bazarının vəziyyəti barədə müzakirələr aparılacaq. 

İkinci gün isə sərgini potensial alıcılar və investorlar ziyarət edəcəklər.

Sərgi “Global Promotion Group”un təşkilatlaçılığı ilə baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi