Yuxarı
    Bağlamaq

    Bakıda baş vermiş qəza yol təsərrüfatına ziyan vurub - FOTO

    Hazırda hadisəni törədən sürücünün kimliyi müəyyənləşdirilir© Azeravtoyol.gov.az

    Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospektində baş verən qəza zamanı ilkin hesablamalara görə yol təsərrüfatına 1250 manat ziyan dəyib.

    "Report" bu barədə "Azəravtoyol" ASC-yə istinadən xəbər verir.

    Məlumatda deyilir ki, hələlik markası məlum olmayan avtonəqliyyat vasitəsi Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb.

    Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib. Hazırda hadisəni törədən sürücünün kimliyi müəyyənləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi