​Bakıda bağlanan mərkəzi küçələrdən birinin yaxın saatlarda açılması gözlənilir - VİDEO

​Bakıda bağlanan mərkəzi küçələrdən birinin yaxın saatlarda açılması gözlənilir - VİDEO Digər əsas yollardan birində isə işlərin axşam saatlarında yekunlaşacaq
İnfrastruktur
26 Mart , 2015 14:34
​Bakıda bağlanan mərkəzi küçələrdən birinin yaxın saatlarda açılması gözlənilir - VİDEO

Bakı. 26 mart. REPORT.AZ/ Bayram günlərində təmiri sürətlə davam etdirilən Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışının yaxın saatlarda açılması gözlənilir.

Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Dönmə əməliyyatı üçün nəzərdə tutulan hissə və həmin ərazidən H. Əliyev prospektinə çıxışda son tamamlanma işləri başa çatmaq üzrədir. H. Əliyev Mərkəzinin qarşısından Yusif Səfərov küçəsinə çıxışda isə işlərin axşam saatlarında başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi