Bakıda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb

Bakıda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb Memarandumu Azərbaycan tərəfdən İİTKM-nin icraçı direktoru imzalayıb
İnfrastruktur
6 May , 2017 12:54
Bakıda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb

Bakı. 6 May. REPORT.AZ/ Bu gün İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb. 

"Report" xəbər verir ki, memoranduma İİKTM tərəfdən qurumun icraçı direktoru Vüsal Qasımlı, qarşı tərəfdən isə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imza atıb.

V. Qasımlının sözlərinə görə, bu sənəd Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsinə və tranzaksiyaların artmasına kömək edəcək: "Belə bir qovşağın yaradılması xüsusilə islam ölkələrində elektron imzaların qarşılıqlı tanınması baxımından önəmlidir. Biz artıq bir sıra sahələrdə əməkdaşlıq etmək üçün razılıq əldə etmişik".

Əbdüləziz bin Osman əl-Tuveycri isə deyib ki, Azərbaycan sülh ölkəsidir və onun paytaxtında olmaqdan məmnundur: "Başqa ölkələrdə insanlar qorxu içində yaşayır. Onlar hər zaman başlarına bomba düşəcəyindən qorxurlar. Amma Azərbaycana gələndə onlar sülh və qayğıkeşlik görürlər. Biz Bakıda konfransda iştirak etdik. Ölkə başçısı və birinci xanıma təşəkkür edirəm ki, belə uğurlu tədbir təşkil etmişdilər. Mən düşünürəm ki, "Asan İmza" Azərbaycanın brendidir. Bu brendi dünyaya yaymaq lazımdır".

Son xəbərlər

Orphus sistemi