Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də ölkələr arasında bağlanmış ikitərəfli sazişin tələblərinin icra olunması ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının növbəti iclası keçirilib.
İnfrastruktur
31 Oktyabr , 2017 12:26
Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də ölkələr arasında bağlanmış ikitərəfli sazişin tələblərinin icra olunması ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının növbəti iclası keçirilib.

“Report” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycanıa Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2018-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq protokol imzalanıb.

Azərbaycan nümayəndə heyətinə NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə qonşu ölkənin Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Saim İlçioğlu rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi