​Bakıda Azərbaycan-Türkiyə birgə gömrük komitəsinin ilk iclası keçirilib - YENİLƏNİB-2

​Bakıda Azərbaycan-Türkiyə birgə gömrük komitəsinin ilk iclası keçirilib - YENİLƏNİB-2 Toplantıda iki ölkə arasında ticarət əlaqəlarinin inkişaf perspektivləri müzakirə olunub
İnfrastruktur
2 Oktyabr , 2015 12:42
​Bakıda Azərbaycan-Türkiyə birgə gömrük komitəsinin ilk iclası keçirilib - YENİLƏNİB-2

İlk xəbər saat 12:28-də verilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyə Ticarət və Gömrük Nazirliyinin Gömrük sahəsi üzrə Birgə Komitəsinin ilk toplantısı keçirilib. İclasa DGK sədri Aydın Əliyev və Türkiyənin ticarət və gömrük naziri Cenap Aşcı həmsədlik ediblər.

"Report" xəbər verir ki, iclasda iki ölkə arasında ticarət əlaqəlarinin hazırkı vəziyyəti, inkişaf perspektivləri, mövcud problemlər və onların həlli yolları, gömrük rəsmiləşdirilməsi, əməliyyatların sadələşdirilməsi və s. aktual məsələlər müzakirə olunub.

"Ölkələrimizi kiçik bir sərhəd ayırsa da, hesab edirəm ki, bizim ölkələr arasında sərhəd yoxdur", - deyə A.Əliyev deyib.

DGK sədri iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib: "Biz Azərbaycanda gömrük xidmətini yaradanda Türkiyə təcrübəsindən istifadə etmişik. Bu gün hər iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq uğurla inkişaf edir".

C.Aşcı isə iki ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək Bakı-Tiflis-Qars dəmir yolunun inşası layihəsinin gedişi ilə hər həftə maraqlandığını vurğulayıb: "Artıq gömrük məsələləri ilə bağlı işlər yekunlaşmaq üzrədir".

C.Aşcı bu xəttin tikintisinin intensivləşdirilməsi üçün Türkiyənin nəqliyyat naziri ilə danışdığını deyib.

Toplantının sonunda Komitənin iclasının yekunlarına dair protokol imzalanıb.

*** 12:35

"İnanıram ki, bu ilin sonuna qədər olmasa da, gələn il Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə veriləcək", - deyə türkiyəli nazir vurğulayıb.

Nazirin sözlərinə görə, dəmir yolu xəttinin çəkilməsində problem əsasən tunel hissə ilə bağlıdır: "Tunel hissəsinin çəkilməsi bitəndən sonra işlər daha asan gedəcək. Biz də istərdik ki, bu dəmir yolu artıq bu gün açılsın, lakin bəzi səbəblərdən proses gecikir. Gələn ilə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə veriləcəyinə inanıram".

Türkiyədəki siyasi durumun Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilməsinə təsir etmədiyini deyən C.Aşcı yeni hökumətin bu layihənin icrasında maraqlı olduğunu deyib.

***

A.Əliyev qeyd edib ki, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində azalma müşahidə olunur. Bu da əsasən dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlıdır.

DGK sədrinin sözlərinə görə, növbəti illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün zəruri tədbirlər görüləcək: "Türkiyə Azərbaycanın ticarət münasibərlərində ilk 3-lükdə olan ölkələr sırasındadır. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi azalıb. Əsas səbəb neftin qiymətinin aşağı düşməsi və mal və məhsulların mövqeyinin dəyişməsi ilə əlaqədardır".

Komitə sədri gələn ilin büdcəsində bəzi məhsulların vergi güzəştlərindən azad edilməsi ilə bağlı DGK-nin təkliflər irəli sürdüyünü və bu siyahının büdcə zərfi ətrafında aparılan müzakirələr bitdikdən sonra açıqlanacağını deyib.

Son xəbərlər

Orphus sistemi