Bakıda Azərbaycan-Belarus beynəlxalq avtomobil daşımaları komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Belarus beynəlxalq avtomobil daşımaları komissiyasının iclası keçirilib Sabah isə Komissiyanın iclasının yekunlarına dair protokol imzalanacaq
İnfrastruktur
16 Sentyabr , 2015 17:15
Bakıda Azərbaycan-Belarus beynəlxalq avtomobil daşımaları komissiyasının iclası keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan-Belarus beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, iclasda Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyi Avtomobil və şəhər sərnişin nəqliyyatı İdarəsinin rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, nümayəndə heyətinin rəhbəri Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyətindən danışıb. Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, növbəti ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Sabah isə Komissiyanın iclasının yekun protokolu imzalanacaq.

Son xəbərlər

Orphus sistemi