Bakıda avtobusların hərəkət qrafiki haqqında onlayn xəbər veriləcək

Bakıda avtobusların hərəkət qrafiki haqqında onlayn xəbər veriləcək Paytaxda avtobusların hərəkət istiqamətini göstərən yeni mobil aplikasiyalar yaradıla bilər
İnfrastruktur
29 Sentyabr , 2017 12:56
Bakıda avtobusların hərəkət qrafiki haqqında onlayn xəbər veriləcək
Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda avtobusların birinci dayanacaqdan çıxma vaxtı və son məntəqəyə çatma vaxtına dair dataların ictimaiyyətə onlayn açıqlanması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu "Dövlət qurumlarının elektron inkişaf indeksi-2017" qiymətləndirmə hesabatı ilə çıxış edən elektron hökumət məsələləri üzrə ekspert Məhəmməd Muradov bildirib. 

Onun sözlərinə görə, bu cür dataların mütəmadi olaraq yenilənməsi də planlaşdırılır. 

Ekspert hesab edir ki, bu cür datalar ictimai nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlara gün ərzində vaxtlarını düzgün nizamlamağa imkan verəcək: "Həmçinin, biznesin inkişafına şərait yaradacaq. Belə ki, Bakıda avtobusların hərəkət istiqamətini göstərən yeni mobil aplikasiyalar yarana bilər. Lakin hazırda bu cür datalar rəqəmsaldır, ictimaiyyətə onlayn şəkildə açıqlanmır". 

Son xəbərlər

Orphus sistemi