​Bakıda avtobuslar üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur

​Bakıda avtobuslar üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur Dayanacaqlar idmançıların arenalara daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçündür
İnfrastruktur
3 Mart , 2015 13:51
​Bakıda avtobuslar üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur

Bakı. 3 mart. REPORT.Az/ Bakı şəhərinin "Koroğlu" metro stansiyası yaxınlığındakı ərazidə idmançıların Atletlər Kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur. Bunu "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək".

Qeyd edək ki, sözü gedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə, həmin ərazidə işıqlandırma və digər abadlıq işlərinin aparılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi