Bakı. 5 mart. REPORT.AZ/ Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.
Bu barədə “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, gecikməyə səbəb sıxlıqdır: "Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”.