​Bakıda avtobus marşrutlarının I Avropa Oyunları zamanı hərəkət xətləri müəyyənləşib

​Bakıda avtobus marşrutlarının I Avropa Oyunları zamanı hərəkət xətləri müəyyənləşib Ziayrətçilərin daşınmasında əlavə tələbat yaranacağı təqdirdə daha 5 marşrut açılacaq
İnfrastruktur
23 Aprel , 2015 11:30
​Bakıda avtobus marşrutlarının I Avropa Oyunları zamanı hərəkət xətləri müəyyənləşib

Bakı. 23 aprel. REPORT.AZ/ Bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində idman oyunlarının təşkil olunacağı obyektləri əlaqələndirən marşrut xətləri və xətlərdə xidmət göstərəcək avtobusların sayı müəyyən olunub. Müəyyən edilmiş 43 xətdə 863 ədəd avtobus cəlb olunacaq.

"Bakı Sərnişin Nəqliyyatı" MMC-dən "Report"a verilən məlumata görə, eyni zamanda, tamaşaçıların daşınmasında tələbat yaranarsa, əlavə olaraq 5 marşrut xətti üzrə 96 ədəd avtobusun cəlb edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, şəhər daxilində sərnişindaşıma xidməti göstərən 61 və 65 saylı marşrut xətlərində 50 ədəd yeni müasir tipli “Isuzu” markalı avtobus istismar edilir.

Son xəbərlər

Orphus sistemi