​Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın sessiyası keçiriləcək

​Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın sessiyası keçiriləcək Beynəlxalq tədbirin oktyabrda keçirilməsi planlaşdırılır
İnfrastruktur
31 İyul , 2015 14:25
​Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın sessiyası keçiriləcək

Bakı. 31 iyul. REPORT.AZ/ Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinanın başçılıq etdiyi Dövlətlərarası Şuranın nümayəndə heyəti bu günlərdə Azərbaycanda işgüzar səfərdə olub.

AZAL-dan "Report"a daxil olan məlumata görə, T.Anodina səfər zamanı bir sıra görüşlər keçirib, o cümlədən Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

T.Anodina bildirib ki, Dövlətlərarası Şuranın Bakıdakı mənzil-qərargahı artıq fəal işə başlayıb və bir sıra sərəncamçı sənədlər, o cümlədən “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə saziş imzalanıb. Onun sözlərinə görə, danışıqlarda bu ilin oktyabr ayının ikinci yarısında Bakıda təşkil ediləcək Dövlətlərarası Şuranın sessiyasının keçirilməsinin əhəmiyyəti də vurğulanıb.

"Bu, beynəlxalq mülki aviasiya üçün çox böyük və əlamətdar hadisə olacaq. Bu ilin iyununda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu ilə görüşdə onu Dövlətlərarası Şuranın Bakı sessiyasında iştirak etməyə dəvət etdim. ICAO Şurasının prezidenti bu dəvəti böyük minnətdarlıqla qəbul edib və ilkin razılığını verib. Biz digər beynəlxalq təşkilatların rəhbərlərini də dəvət etməyi planlaşdırırıq", - deyə T.Anodina qeyd edib.

Son xəbərlər

Orphus sistemi