Bakıda 8 nömrəli marşrut xəttinin son dayanacağı dəyişdirilib

Bakıda 8 nömrəli marşrut xəttinin son dayanacağı dəyişdirilib Həmin avtobus fevralın 13-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək
İnfrastruktur
9 Fevral , 2017 14:42
Bakıda 8 nömrəli marşrut xəttinin son dayanacağı dəyişdirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, dəyişiklik nəticəsində son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib. 

"8 nömrəli marşrut üzrə avtobuslar metronun “Azadlıq prospekti” stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinə qədər hərəkət edəcək. Bu, qəsəbə sakinlərinin şəhərin mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda “Azadlıq prospekti” stansiyası ətrafındakı nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə edilib",- BNA-nın məluamtında qeyd edilib.

BNA-nın qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar sınaq üçün yenilənmiş trayektoriya üzrə fevralın 13-dən hərəkət edəcək: "Bir sıra marşrut xətləri üzrə avtobuslar son dayanacaq kimi məhz metronun “Azadlıq prospekti” stansiyasının ətrafında dayanır ki, bu da həmin ərazidə, xüsusən də günün gur saatlarında sıxlığın yaranmasına səbəb olur. Mövcud vəziyyətin aradan qaldırılması üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, yaxın vaxtlarda hazırda son dayanacağı metronun “Azadlıq prospekti” stansiyası olan marşrut avtobuslarının da hərəkətində dəyişiklik ediləcək. Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının tələbinə uyğun olaraq, həmin əraziyə gələn sərnişin avtobusları son danayacaq olaraq Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə yönəldiləcək".

Qeyd edək ki, sərnişin avtobuslarının Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə rahat giriş-çıxışının təmin edilməsi üçün ərazidə zəruri infrastruktur yaradılır. 

Son xəbərlər

Orphus sistemi