Yuxarı

Bakıda 600-dən çox piyada zolağı rənglənib və yenisi çəkilib

Bu işlər 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərdə də icra olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC zəruri olan yerlərdə yeni piyada zolaqları çəkib, rəngi solmuş zolaqları isə yenidən rəngləyib.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ilkin mərhələdə ilk öncə təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə sözügedən işlər həyata keçirilib.

Ümumilikdə 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri ərazilərində yeni piyada zolaqları çəkilib, mövcudları isə yenidən rənglənib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb.

Planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi