Yuxarı

​Bakıda 56 ölkənin əmlak komitəsi nümayəndələri toplaşacaq

Əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Bakıda “BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə BMT AİK-ə üzv olan 56 dövlətin nümayəndəsinin iştirak edəcəyi tədbirdə daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi üzrə layihənin təqdimatı olacaq. Layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə fövqəladə hallarda bu məlumatların bərpa olunması üzrə təcrübələri ehtiva edir.

Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaq. Həmçinin daşınmaz əmlak idarəçiliyi üzrə Könüllü Təlimatlar Toplusunun təqdimatı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi