Bakıda 3 saylı avtobus marşrutunun xətti dəyişdirilib

Bakıda 3 saylı avtobus marşrutunun xətti dəyişdirilib Avtobus xəttinin hərəkət trayektoriyası genişləndirilib
İnfrastruktur
17 Fevral , 2016 17:42
Bakıda 3 saylı avtobus marşrutunun xətti dəyişdirilib

Bakı. 17 fevral. REPORT.AZ/ "BakuBus" MMC 3 saylı marşrut xəttinin istiqamətində dəyişiklik edib. "Report" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəyişiklik əsasında "Azadlıq" metro stansiyasının önündən hərəkət edərkən 3 saylı avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına Respublika Stadionuna və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə "Gənclik" metro stansiyasının yaxınlığına da çıxacaq. 

Şirkət qeyd edir ki, bu dəyişiklik sərnişinlərdən daxil olan müraciətlər və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi