Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək

Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək Bu, iyunun 23-25-də Azərbaycan paytaxtında keçiriləcək "Formula 1" Qran-Pri yarışı ilə əlaqədardır
İnfrastruktur
19 İyun , 2017 12:10
Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək
Bna.az

Bakı. 19 iyun. REPORT.AZ/ “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, iyunun 23-25-də Azərbaycan paytaxtında keçiriləcək "Formula 1" Qran-Pri yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq rejimində işləməsi qərara alınıb.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumata görə, 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-a qədər sərnişinlərə xidmət göstərəcək.

BNA marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi