Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri Binəqədi rayonunun Xocahəsən qəsəbəsi və Səbail rayonunun Bibiheybət yolu-Lökbatan dairəsi istiqamətində piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.
Bu, "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda bildirilib.
Məlumata görə, rənglənmə işləri axşam saatlarında başa çatdırılacaq.