Bakıda 160 taksi duracağı təsbit edilib

Bakıda 160 taksi duracağı təsbit edilib BNA: Taksi sürücülərindən kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb
İnfrastruktur
21 Dekabr , 2016 17:32
Bakıda 160 taksi duracağı təsbit edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda aparılan araşdırmalar nəticəsində ümumilikdə paytaxtda 160 taksi duracağı təsbit edilib. Bu duracaqların 79-u inventarlaşdırılaraq sürücülərə təqdim edilib.

"Report"un xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.

"Taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır. Bu məsələnin həlli şəhərin tıxac probleminin aradan qaldırılması baxımından vacibdir" - V.Kərimli qeyd edib.

Onun sözlərinə görə, Bakıda taksi fəaliyyəti göstərən 7 215 hüquqi və fiziki şəxs barədə, həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb: "Təqribi hesablamalara əsasən, hazırda Bakıda 15-16 min taksi minik avtomobili fəaliyyət göstərir. Bu sahədə aparılan işlər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumundan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb".

Son xəbərlər

Orphus sistemi