Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək Dəyişiklik müvəqqəti olacaq
İnfrastruktur
17 Aprel , 2017 18:20
Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakı. 17 aprel. REPORT.AZ/ Sabah Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda bildirilib.

"Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şossesindən keçməklə hərəkət edəcək", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi