Yuxarı

"Bakı Yüngül Metal Konstruksiyaları" ASC-də yeni icra orqanı yaradılacaq

ASC-də direktorun seçilməsi müzakirə ediləcək

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı Yüngül Metal Konstruksiyaları" ASC səhmdarlarının illik ümumi yığıncağı təxirə salınıb. "Report"un rəsmi qəzetə istinadən verdiyi məlumata görə, illik ümumi yığıncaqda səsli səhmlərin altmış faizinin sahibləri iştirak etmədiyi. Yetərsay olmadığından iclas səlahiyyətli hesab edilmədiyi üçün səhmdarların növbəti illik ümumi yığıncaq iyulun 22-də saat 11.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 25 nömrəli ünvanıda keçiriləcək.

Gündəlikdəki məsələlərdə Müşahidə şurası üzvlərinin seçilməsi, İdarə heyətinin ləğv edilməsi və təkbaşçı icra orqanının (direktor) yaradılması, "Bakı Yüngül Metal Konstruksiyaları" ASC-nin nizamnaməsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi, habelə nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, "Bakı Yüngül Metal Konstruksiyaları" ASC-nin təsis sənədlərinə edilən dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi, cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlər öz əksini tapacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi