Bakı yollarında orta hərəkət sürəti artıb

Bakı yollarında orta hərəkət sürəti artıb Sürət artımı daha çox Heydər Əliyev prospektində müşahidə edilir
İnfrastruktur
19 Oktyabr , 2015 12:47
Bakı yollarında orta hərəkət sürəti artıb

Bakı. 19 oktyabr. REPORT.AZ/Bakının əsas küçə və prospektlərində sentyabr ayında nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a daxil olan məlumatda bildirilir.

Belə ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunan yol kəsişmələrində işıqforlara yeni vaxt planlarının tətbiq olunması, irəli sürülən təkliflər və Ziya Bünyadov prospektinin tam istifadəyə verilməsi nəticəsində Bakı şəhərinin əsas küçə və prospektlərində bu ilin sentyabr ayında ötən illə müqayisədə nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb. 

Son xəbərlər

Orphus sistemi