Bakının yollarında nisbi sıxlıq qeydə alınıb

Bakının yollarında nisbi sıxlıq qeydə alınıb Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində ləngimə müşahidə edilir
İnfrastruktur
5 Noyabr , 2015 09:23
Bakının yollarında nisbi sıxlıq qeydə alınıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, hazırda Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Ziya Bünaydov prospekti (20 Yanvar dairəsi istiqamətində), Həsən Əliyev küçəsi (Tbilisi prospekti ilə kəsişməyə doğru), Tbilisi prospekti (20 Yanvar dairəsinə doğru), Neftçilər prospekti (Qız Qalasının qarşısı), Əziz Əliyev küçəsi, Şeyx Şamil küçəsi və Mehdi Hüseyn küçəsində də nisbi sıxlıq müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi