Bakı. 25 yanvar. REPORT.AZ/ Sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, 1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrutu ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.
Sərnişinlərin nəzərinə çatdırılır ki, Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 09:15-də Bakı-sərnişin stansiyasına çatacaq. Saat 01:10-da Yalama stansiyasına çatan qatar, 03:30-da Yalama stansiyasından yola düşəcək.