Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 41 km-lik hissəsi əsaslı təmir olunub

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 41 km-lik hissəsi əsaslı təmir olunub Elektrik qatarları Bakıdan Sumqayıta 40 dəqiqəyə çatacaq
İnfrastruktur
22 May , 2015 09:19
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 41 km-lik hissəsi əsaslı təmir olunub

Bakı. 22 may. REPORT.AZ/ Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. Hazırda Xırdalan – 10-cu blok post mənzilində 1 150 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. Bunu "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-də start verilib və bu günə kimi 41 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. 

Son xəbərlər

Orphus sistemi