Bakı və Ulyanovsk arasında hava əlaqəsi yaradılacaq

Bakı və Ulyanovsk arasında hava əlaqəsi yaradılacaq Azərbaycan Turizm Assosiasiyası və Ulyanovsk vilayətinin Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
İnfrastruktur
25 Fevral , 2016 14:47
Bakı və Ulyanovsk arasında hava əlaqəsi yaradılacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Bakı və Ulyanovsk arasında hava əlaqəsi yaradılacaq. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə razılaşma Azərbaycan və Rusiya regionunun rəsmi nümayəndələri arasında fevralın 24-də Moskvada baş tutmuş danışıqların nəticəsi olaraq əldə olunub.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, eləcə də Ulyanovsk vilayətinin nəqliyyat nazirinin müavini Oleq Zaverzin, Ulyanovsk vilayətinin Turizm Sənayesi Assosiasiyasının prezidenti Yuliya Uba və Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynov iştirak edib.

Ulyanovsk vilayətinin Turizm Sənayesi Assosiasiyasının prezidenti vilayət əhalisinin Azərbaycana turizm səfərinə getməyə olan marağını vurğulayıb. O, reyslərin doluluq dərəcəsinin 100% olacağına əminliyini ifadə edib.

AZAL-ın nümayəndəsi Eldar Hacıyev öz növbəsində, aviaşirkətin Ulyanovsk vilayəti ilə işləməkdə maraqlı olduqlarını və başlanğıc üçün ən münasib qiymətlə çarter reysləri açmağa hazır olduqlarını bildirib.

Görüşün yekunu üzrə Azərbaycan Turizm Assosiasiyası və Ulyanovsk vilayətinin Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi