Yuxarı
    Bağlamaq

    Bakı limanında azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması yaxın günlərdə hazır olacaq

    Limanın hüquqi rejimi ilə bağlı sənəd də yaxın vaxtlarda hökumətə təqdim ediləcək

    Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı beynəlxalq dəniz ticarət limanı çərçivəsində azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması bu ilin sonuna kimi bitəcək. 

    "Report"un məlumatına görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.

    "Hazırda liman çərçivəsində azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması üzrə işlər davam edir. Bu proses ilin sonuna kimi yekunlaşacaq. Təxmin edirəm ki, Milli Məclisin önümüzdəki sessiyasında müzakirəyə çıxarılacaq", - deyə T.Ziyadov qeyd edib. 

    Limanın baş direktoru əlavə edib ki, Limanın hüquqi rejimi də hazırlanaraq tamamlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi