Bakı limanında azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması yaxın günlərdə hazır olacaq

Bakı limanında azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması yaxın günlərdə hazır olacaq Limanın hüquqi rejimi ilə bağlı sənəd də yaxın vaxtlarda hökumətə təqdim ediləcək
İnfrastruktur
16 Dekabr , 2016 12:34
Bakı limanında azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması yaxın günlərdə hazır olacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı beynəlxalq dəniz ticarət limanı çərçivəsində azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması bu ilin sonuna kimi bitəcək. 

"Report"un məlumatına görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.

"Hazırda liman çərçivəsində azad ticarət zonasının texniki-iqtisadi əsaslandırması üzrə işlər davam edir. Bu proses ilin sonuna kimi yekunlaşacaq. Təxmin edirəm ki, Milli Məclisin önümüzdəki sessiyasında müzakirəyə çıxarılacaq", - deyə T.Ziyadov qeyd edib. 

Limanın baş direktoru əlavə edib ki, Limanın hüquqi rejimi də hazırlanaraq tamamlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi