Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu dəhlizinin tikinti işlərini 2016-cı ildə yekunlaşdıracaq. Buraya torpağın üst qatı, dəmir yollarının elektrikləşdirilməsi və digər əlavə işlər daxildir. Bu ilin sonuna isə yük qatarlarının istismarını sınaqdan keçirmək olar. Lakin BTQ-nin istismara başlaması təkcə Azərbaycandan asılı olan iş deyil. "Report" xəbər verir ki, bunu "
"Türkiyədə hökumətin dəyişməsi ilə əlaqədar layihənin reallaşdırılması bir qədər ləngidi. Lakin biz Türkiyənin hökumət başçısı ilə danışıqlar apardıq və bizə bildirildi ki, layihənin reallaşdırılması ilə bağlı işlərin 2016-cı ilin noyabr ayında yekunlaşması nəzərdə tutulub", - C.Qurbanov qeyd edib.
Xatırladaq ki, BTQ dəmiryolu xətti layihəsinin 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda, Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla, 98 km uzunluqda Qars-Axalkalaki dəmiryolunun tikintisini nəzərdə tutur.