Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçirilir

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçirilir “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Tbilisidədir
İnfrastruktur
29 İyun , 2017 13:35
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçirilir
Report.az

Tbilisi. 29 iyun. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə əlaqədar növbəti görüş keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov, qurumun digər nümayəndələri, eləcə də “Gürcüstan Dəmir Yolları” ASC-nin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də, digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub.

Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərinə baxış keçirmək, yolun tam hazırlığını yoxlamaq məqsədilə yola baxış keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi