Yuxarı

Bakı-Tbilisi-Qars dəmir yolu üçün qatar istehsal edən şirkət regiona gəlir

Stadler Rail Management AG Türkiyədə nümayəndəlik açmaq niyyətindədir

Bakı. 31 mart. RERORT.AZ/ İsveçrənin qatar və tramvay istehsalçısı "Stadler Rail Management AG" Türkiyədə nümayəndəlik açmaq niyyətindədir. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Stadler"in baş direktor köməkçisi, Marketinq və Satış bölməsinin rəhbəri Peter Yenelten bildirib.

"Türkiyədə dəmiryolu nəqliyyat vasitələrinə maraq artır. "Türkiyə Dəmir Yolları" da bu sahəyə böyük sərmayə yatırmağı planlaşdırır. Hesab edirik ki, bu böyük bazarda biz də olmalıyıq. Bu gün şirkətimizin 7 min işçisi var. Bizim illik dövriyyəmiz 2 mlrd. avro təşkil edir. Almaniya, Macarıstan, Polşa, İspaniya və Belarusda istehsal güclərimiz, 10-dan artıq ölkədə isə xidmət sahəsində ixtisaslaşmış şirkətlərimiz var", - deyə P. Yenelten bildirib.

Qeyd edək ki, Türkiyə 2023-cü ilə qədər dəmiryoluna 45 mlrd. avro sərmayə qoymaq niyyətindədir. Hazırda bu ölkədə 7 min km-yə yaxın sürətli qatar xəttinin inşası davam edir.

"Stadler" şirkətinin məhsulları Azərbaycanda da istismar edilir. Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyət göstərir. Bunlardan üçü "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarlarıdır.

Bakı-Tbilisi-Qars magistral dəmir yolunun istismarı üçün isə 2016-cı ilin yayında Azərbaycan "Stadler Rail Group" şirkəti cəmi 30 vaqon istehsal edəcək. Onların 10 ədədi iyun-avqust ayında Bakıya gəlməsi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi