Yuxarı

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndən sonra gömrük rüsumlarına yenidən baxılacaq

Baş nazirin müavini Abid Şərifov: Qərara aldıq ki, ayda bir dəfə Gürcüstan-Türkiyə sərhədində görüşək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra gömrük rüsumlarına yenidən baxılacaq. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov deyib. 

Baş nazirin müavini vahid tarif məsələsinə də baxılacağını açıqlayıb.

A.Şərifov BTQ dəmir yolunun tikintisində yaranan problemlərə də aydınlıq gətirib: “Xəttin tikintisində Türkiyə tərəfində problemlər yaranmışdır. Belə ki, tuneldən başqa demək olar ki, bütün yerlərdə işlər dayandırılmışdır. Dövlət başçısının göstərişi ilə Türkiyəyə getdim və orada prezident və baş nazir məni qəbul edib. Hazırda tikinti işləri öz qaydasında davam edir. Qərara aldıq ki, ayda bir dəfə Gürcüstan-Türkiyə sərhədində görüşək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi