Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin əvvəlində istifadəyə veriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin əvvəlində istifadəyə veriləcək Nazir Ziya Məmmədov: "Həm yük, həm də sərnişin daşınması təmin ediləcək"
İnfrastruktur
12 Fevral , 2016 14:09
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin əvvəlində istifadəyə veriləcək

Tbilisi. 12 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismarına 2017-ci ilin əvvəlindən tam şəkildə başlanacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə keçirilən BTQ dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü çərçivəsində məlumat verib.

"Artıq bütün ağır işlər geridədir. Həm Gürcüstan, həm Türkiyə ərazisində tamamlama işləri aparılır. Eyni zamanda, Azərbaycan ərazisində müəyyən yenidənqurma, dəmir yolunun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Layihə 2017-ci ilin əvvəlindən tam şəkildə icra olunmağa başlayacaq. Qatarların hərəkəti təmin olunacaq. Həm yük, həm də sərnişin daşınması təmin ediləcək. Bir sözlə, Avropa ilə Asiya arasında yeni bir pəncərə açılır ki, bu pəncərədən baxanlar hər iki qitənin gözəl şəkildə birləşməsinin bir daha şahidi olacaqlar. İnsanların dini, milli mənsubiyyətindən asılı olmayaraq sivilizasiyaların birləşməsi prosesi daşımaçılıq vasitəsi ilə həyata keçiriləcək", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi