Bakı-Tbilisi-Bakı istiqamətində dəmir yolu biletləri ucuzlaşa bilər

Bakı-Tbilisi-Bakı istiqamətində dəmir yolu biletləri ucuzlaşa bilər Azərbaycan gediş haqqının azaldılması üçün Gürcüstana müraciət edib
İnfrastruktur
22 Fevral , 2017 16:31
Bakı-Tbilisi-Bakı istiqamətində dəmir yolu biletləri ucuzlaşa bilər

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Bakı beynəlxalq sürət sərnişin qatarında gediş haqları azaldıla bilər. 

"Report"un əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC bu məqsədlə Gürcüstan tərəfinə müraciət edib. 

Belə ki, dəmir yolunda tariflər İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Son vaxtlar milli valyutanın dəyərdən düşməsi Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşımanın baha olmasına gətirib çıxarıb. Bahalaşmasının qarşısını almaq üçün qonşu ölkəyə tariflərin azaldılması üçün müraciət edilib. Aprelin 1-dən bu istiqamət üzrə gediş haqlarının dəyişəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi