Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün saat 08:13 radələrinə görə Bakıda əsasən iki istiqamətdə avtomobillərin sıxlığı müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, indi Bakı-Sumqayıt yolu (Beynəlxalq Avtovağzalın qarşısı, mərkəz istiqamətində) və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.