Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.
İnfrastruktur
20 May , 2019 14:14
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, rənglənmə işləri zamanı yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

“Buna görə, sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi