Yuxarı

Bakı-Sumqayıt şosesində tıxac yaranıb

Paytaxtda avtomobil yolları nisbətən sıxdır

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakının avtomobil yollarında nəqliyyatın nisbi sıxlığı müşahidə olunur.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzalın qarşısı, paytaxt istiqamətində) və Binəqədi şosesində (şəhər mərkəzi istiqamətində) sıxlıq müşahidə edilir.

Bundan əlavə, Ziya Bünyadov prospektində (yolun ancaq bir zolağından istifadə olunduğu üçün) avtomobillərin nisbi sıxlığı yaşanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi