​Bakı-Sumqayıt şosesində tıxac yaranıb

​Bakı-Sumqayıt şosesində tıxac yaranıb Yolun hər iki istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur
İnfrastruktur
2 Aprel , 2015 09:42
​Bakı-Sumqayıt şosesində tıxac yaranıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı-Sumqayıt şosesində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, yolun hər iki istiqamətində sıxlıq var.

Bundan başqa, Bakının Tbilisi prospektində də hər iki istiqamətdə, həmçinin Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində sıxlıq qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi