Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı-Sumqayıt şosesində (paytaxta doğru) nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur. Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a daxil olan məlumatda bildirilib.
Eyni zamanda Afiyəddin Cəlilov küçəsində, Yusif Səfərov küçəsində (28 May küçəsi istiqamətində), habelə Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısında) və Ziya Bünyadov prospektində avtomobillərin nisbi sıxlığı müşahidə edilir.