Bakı-Sumqayıt şosesində ciddi sıxlıq yaranıb

Bakı-Sumqayıt şosesində ciddi sıxlıq yaranıb Ərazidə nəqliyyat vasitələrinin hərəkəti tıxaca səbəb olub
İnfrastruktur
13 Noyabr , 2015 09:20
Bakı-Sumqayıt şosesində ciddi sıxlıq yaranıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı-Sumqayıt şosesində (paytaxta doğru) nəqliyyat vasitələrinin hərəkətində ciddi sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, hazırda Ziya Bünyadov prospektində (nəqliyyat vasitələrinin intensiv hərəkəti), Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanası qarşısında), Afiyəddin Cəlilov küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi (Qız Qalasının qarşısı), habelə Tbilisi prospekti (hər iki istiqamətdə intensiv hərəkət), Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahının qarşısı), Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı), Həsənbəy Zərdabi küçəsi (intensiv hərəkət), Atatürk prospekti ("Gənclik" metrosu istiqamətində) və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi