Yuxarı

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək - CƏDVƏL

Yoldaolma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Sərnişinlərin arzu və təklifləri, eyni zamanda sərnişin sıxlıgı nəzərə alınaraq, fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

Belə ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri sərnişin sıxlığının azalması nəzərə alınaraq, aşağıdakı elektrik qatarları hərəkətdə olmayacaq: Bakı-sərnişin stansiyasından saat 05:00-da, 05:20-də, 05:35-də, 18:20-də, 19:15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06:50-də, 07:25-də, 07:45-də, 19:30-da, 20:40-da yola düşən.

Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

                                                                        Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli (15.02.2016-cı il tarixindən)

Qatar
№-si
Bakıdan
getmə
vaxtı
İstiqamət Sumqayıt-sərn.
çatma vaxtı
Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İ s t i q a m ə t Bakıya çatma vaxtı
6001 05:00 Bakı- Sumqayıt 05:40 6002 06:50 Sumqayıt- Bakı 07:30
6003 05:20 Bakı- Sumqayıt
06:00 6004 07:25 Sumqayıt-Bakı 08:05
6005 05:35 Bakı- Sumqayıt06:15 6006 07:45 Sumqayıt-Bakı 08:25
6007 05:50 Bakı- Sumqayıt06:30 6008 08:00 Sumqayıt-Bakı 08:40
6009 08:00 Bakı- Sumqayıt 08:40 6010 08:50 Sumqayıt-Bakı 09:30
6011 08:50 Bakı- Sumqayıt 09:30 6012 09:40 Sumqayıt-Bakı 10:20
6013 14:30 Bakı- Sumqayıt15:10 6014 15:50 Sumqayıt-Bakı 16:30
6015 17:25 Bakı- Sumqayıt 18:05 6016 18:20 Sumqayıt-Bakı 19:00
6017 18:20 Bakı- Sumqayıt 19:00 6018 19:30 Sumqayıt-Bakı 20:10
6019 18:40 Bakı- Sumqayıt 19:20 6020 20:05 Sumqayıt-Bakı 20:45
6021 19:15 Bakı- Sumqayıt19:55 6022 20:40 Sumqayıt-Bakı 21:20
6023 19:50 Bakı- Sumqayıt 20:30 6024 21:00 Sumqayıt-Bakı 21:40
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi