Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində yenilik edilir

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində yenilik edilir Elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək
İnfrastruktur
7 Noyabr , 2016 12:04
Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində yenilik edilir

Bakı. 7 noyabr.REPORT.AZ/ Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək. “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri:

İstiqamət Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 0.80 1.20
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.30 0.80
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.40 1.0
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.20 0.40
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.60 1.00
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.40 0.80

Son xəbərlər

Orphus sistemi